İNK-da yeni təyinat

0
719

İctimai Nəzarət Koalisiyasının Biləsuvar Regional Nümayəndəliyinə yeni sədr təyin olunmuşdur.
Biləsuvar, Salyan, Neftçala rayonlarının daxil olduğu İNK nümayəndəliyinin yeni sədri Natəvan Sahibəli qızı Əzizova Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək Ictimai Birliyinin rəhbəridir.
Biləsuvar şəhər Texniki Fənnlər təmayüllü İnternat tipli məktəb-litseyin direktoru vəzifəsində çalışmış N.Əzizova uzun illər UAFA beynəlxalq təşkilatı ilə bir çox sosial layihələr həyata keçirmişdir. O, Avropa İttifaqı və BMT İnkişaf Proqramı , Ailə,Qadın Uşaq Problemləri Dövlət Komitəsi ilə birgə “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi’ layihəsi çərçivəsində Biləsuvar Qadın Resurs Mərkəzinin yaradıcılarından biridir.
Natəvan xanımın OHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqələrin qalibi olmuş layihələrinə “Əlilliyi olan qadınlara peşə kurslarının təşkili”, “Həssas qrupdan olan qadınlara hüquqi, sosial, psixoloji xidmətin göstərilməsi” də daxildir.
Onu da qeyd edək ki, Təhsil Nazirliyinin Təhsil və İnnovasiya Texnologiyaları üzrə 2-ci Qrand müsabiqəsinin qalibi olmuş “Bərabər və məsuliyyətli cəmiyyətdə inkluziv təhsil” layihəsinin müəllifi də məhz Natəvan Əzizovadır.
Onun Avropa İttifaqınin maliyyə dəstəyi ilə həyata keçirilən ‘Kəndli qadınların xidmətlərə çıxışının təşkili” layihəsi uğurla həyata keçirilməkdədir.

“ictimaixeber.az”