İbrahim Nəbioğlu: “Qurut – “Bəyaz Daş”ın xatirələri”

Tanınmış jurnalist, Azərbaycanın İstanbulda sabiq baş konsulu İbrahim Nəbioğlunun bu yazısı çox böyük maraq yaratmışdır.
Fərqli mövzularda saysız yazıları və müxtəlif yaradıcılıq işləri ilə minlərlə insanın sevgisini, daimi marağını qazanmış İ.Nəbioğlu nadir yemək nümunəsinə çoxşaxəli münasibətin şok yazısını yaratmışdır. 
Hər hansı yeməklər və ərzaqlar haqda hədsiz yazılar olsa da, bunların heç birindən həyati-emosional, ruhi duyğuları riqqətə gətirən, sosial-mənəvi dayaq yaradan yazı olmayıb. 
Bu yazı varlığımızın əsas yaşam mənbəyinin mədə olduğunu xatırlatmaqla yanaşı, bu orqana daxil olanların dünyəvi, emosional duyğulara təsirinin də zərurətini anlatmışdır. 
Artıq bütün yeməklərin emosional, ruhi təsirinə böyük maraq yarandı. Amma hələ ki, qurutla bağlı məlumatların təsiri altındayam. 
“Qurut, sanki südün ruhudur – bədəndən çıxmış, amma hələ də həyat qorxusu daşıyan ağ bir daş. Bu çevrilmə sadəcə kimyəvi proses deyil. Bu, mədəniyyətin metamarfozudur”.
Bəli, bu düşüncələrə sakit yanaşmaq mümkün deyil. Bu düşüncələr  yaşadıqlarımızın hər damlasına psixi, fəlsəfi, publisist, elmi, mənəvi marağın geniş öyrənti təcəssümü və saysız bilik harmoniyasıdır.
İ.Nəbioğlu bu yazısı ilə indiyə qədər onu tanıyanların qəlbində bu harmoniyanı yaratmaqla yanaşı onun dünyəvi baxışlarına sevgini və inamı dəfələrlə artırdı.
Artıq təkcə qurut deyil, yediklərimizin hər birinə, yaşadıqlarımız hər ana elmi, mənəvi, ruhi münasibətlərin anlayışı ilə baxaq…
İbrahim Nəbioğlunun bu yazısını hamınız oxuyun.

Sənubər Səhər.