Hörmüz boğazında gəmi alovlanıb

Bu gün səhər Hörmüz boğazının cənub dəhlizində neft tankeri olduğu ehtimal edilən gəmi alovlanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Peyk monitorinqinə əsasən, hadisə yerinə neft sızmalarının aradan qaldırılması və yanğınların söndürülməsi üçün nəzərdə tutulan “ADNOC ER01” gəmisi göndərilib.

Yanğının səbəbi, gəminin vəziyyəti və ya mümkün xəsarət alanlar barədə hələlik məlumat verilmir.