Hidayət Heydərov Avropa çempionatında İKİNCİ OLDU

Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa çempionatında ölkəmizin aktivinə gümüş medal yazdırıb.

Oxu.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində tatamiyə çıxan son olimpiya çempionumuz həlledici final görüşündə yerli idmançı Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.

Qeyd edək ki, finala gedən yolda uğurlu silsilə nümayiş etdirən H.Heydərov ardıcıl olaraq 1/16 finalda yunanıstanlı Konstantinos Tsaparas, 1/8 finalda kosovolu Dardan Çenan, 1/4 finalda fransalı Dayyan Boulemtafes və yarımfinalda türkiyəli Bilal Çiloğlunu mübarizədən kənarlaşdırmışdı.

Məlumat üçün qeyd edək ki, qitə miqyaslı Avropa çempionatına aprelin 19-da yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycan təmsilçisi karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalını qazanıb.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ikinci günündə daha bir cüdoçumuz mübarizəyə qoşulacaq.

Bu gün Azərbaycanın son olimpiya çempionu, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov tatami üzərinə çıxacaq.

İdmançımız 1/16 final mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi Konstantinos Tsaparas ilə üz-üzə gələcək.

Xatırladaq ki, çempionatın ilk günündə yarışa qatılan 7 cüdoçumuzdan ikisi – 60 kiloqram çəkidə çıxış edən Əhməd Yusifov və 66 kiloqram çəkidə Turan Bayramov ölkəmizin aktivinə bürünc medallar yazdırıblar.

-73 kq, 1/16 final

Hidayət Heydərov – Konstantinos Tsaparas

Təsnifat mərhələsi – 10:00

Final bloku – 16:00