Azərbaycanın ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu

Azərbaycanda ən yaşlı universitet müəllimi Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur.

O, 1968-ci ildən Bakı Dövlət Universitetində (BDU) çalışır.

Pedaqoq hazırda BDU-nun Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiridir.

Məsumə Məlikova 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilən ilk qadın hüquqşünas alim olub.

O, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Məsumə Məlikova həmçinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.