Həqiqət uğrunda mübarizəyə qoşulun

0
1302

image here

İctimai Nəzarət Koalisiyası 5 il öncə ölkə Prezidentinin İctimai Nəzarətin gücləndirilməsi ilə bağlı ilk çağırışından sonra yaradılmışdır.
İctimai Nəzarət Koalisiyası bir vətəndaş cəmiyyəti platforması kimi ölkə əhalisinin haqlı narazılıqlarının araşdırılması və həll edilməsi vəzifəsini həyata keçirir. Ölkəmizin sosial, ictimai, mədəni, iqtisadi sahələrində baş verən qanunsuzluqlara, eləcə də rüşvətxor məmurlara qarşı mübarizə və əhalinin maarifləndirilməsi fəaliyyətimizin əsas aspektlərindəndir.
Eyni zamanda biz hər bir narazılığın həqiqiliyini araşdırmaq vəzifəsini həyata keçiririk. Çünki ölkəmizin xarici və yerli düşmənlərinin vətəndaşların məlumatsızlığından istifadə edərək təşkil etdiyi narazılıq aksiyalarının, bir çox məlumatsız vətəndaşların haqlı və haqsız insidentlərinin əhalinin düzgün informasiya ilə təmin olunması məqsədi ilə aydınlaşdırılması çox vacibdir. Biz əsası müəyyənləşdirilməmiş narazılıq aksiyalarının video-çəkilişinin sosial şəbəkələrdə paylanmasını həm dövlətimizə, həm də xalqımıza qarşı düşmənçilik mövqeyi kimi qiymətləndiririk.
Dövlətimizin başçısının “bütün narazılıqlarınızı mənə yazın” müraciətindən sonra bu kimi narazılıq aksiyalarının lüzumsuz olduğunu görməyənləri məlumatlandırmaq hər bir ictimai təşkilatın borcudur.
Bütün ölkələri bürümüş koronavirus pandemiyası ilə mübarizədə dünyaya nümunə olacaq bir dövlətin vətəndaşlarına saysız sosial yardımları və humanitar aksiyaları ilə fəxr etmək, təşəkkür bildirmək əvəzinə narazılıq sədalarına qatılmaq dar düşüncə ilə yaşamaq yalnız millətini sevməyənlərin, xalqın adına ləkə yaxmaq istəyənlərin bədxah əməllərinə aid ola bilər.
Bəşəriyyətin bütün dövrlərdə mənfi ünsürlərlə mübarizə etmək məcburiyyətindən uzaq qala bilmədiyi, çox zaman gec-tez qalibiyyətin müsbət tərəfə nəsib olduğu həqiqətinə sığınaraq, biz də xalqın vicdanlı, əzmkar, uzaqgörən, cəfakeş, bilikli, məlumatlı, savadlı, zəkalı nümayəndələri ilə birgə bu mübarizədən dönməyəcəyik.

Rasim Məmmədov,
İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri