Guya DTX-dən zəng gələcək – Qanunsuz tələblərə inanmayın!

Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir.

İşbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər.

Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür.

DTX xəbərdarlıq edir!

Bu peşəkar şəkildə qurulmuş kiberdələduzluqdur. Yuxarıda qeyd olunduğu formada mesaj alan şəxs dərhal əlaqəni kəsməli və hüquq-mühafizə orqanlarına xəbər verməlidir.

Sizi aldatmaq istəyirlər, aldanmayın!

Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto