Türkiyə, Misir və Qətərin diplomatik səyləri nəticəsində İran və ABŞ nümayəndə heyətləri bu həftə Ankarada görüşə bilər.
Bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Danışıqlarda ABŞ Prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və yüksək vəzifəli İran rəsmilərinin iştirak edəcəyi bildirilir.
Trampın İranla diplomatik həll yoluna açıq olduğu qeyd olunur.




