“Fənərbaxça”da bir nəfərdə koronavirus aşkarlanıb

0
298

Türkiyə futbolunda daha bir koronavirus infeksiyasına yoluxma halı açıqlanıb.

“Fənərbaxça”nın çalışanlarından birinin testi müsbət nəticə verib.

Bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, bazada çalışan klub işçilərindən birində koronavirus xəstəliyi aşkarlandığından, həmin şəxs karantinə alınıb. Həmçinin daha bir işçi eyni şübhə ilə həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, Türkiyə Super Liqasında mövsümün iyunun 12-də bərpa edilməsi planlaşdırılır.