Ermənistanda viza möhürlərindən Ağrıdağın təsviri silinəcək

Ermənistan hakimiyyəti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini siləcək.

Yeni möhür forması Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarında təsbit edilib.

Bildirilir ki, qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.