Ərdoğandan NATO liderlərinə qeyri-adi hədiyyə: Starmer onu ölkəsinə apara bilmədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun 36-cı sammitində iştirak edən liderlərə üzərində adları həkk olunmuş xüsusi istehsal olunmuş tapança və bir qutu sursat hədiyyə edib.

“The Guardian”ın məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsində silah idxalına dair qanunvericilik səbəbindən hədiyyəni İngiltərəyə apara bilməyib.

Bildirilir ki, silah istifadəyə yararsız vəziyyətə salınması məqsədilə Ankaradakı Böyük Britaniya səfirliyində saxlanılıb.

Məlumata əsasən, Ərdoğan hədiyyə edilən silahların liderlər tərəfindən öz ölkələrinə aparılması üçün zəruri ixrac sənədlərini də təqdim edib.