Düzgün qidalanmamaq hansı problemlərə səbəb olur?

0
513

Pəhrizin orqanizm üçün faydası çoxdur. Pəhriz saxlayanlardan bəziləri həkim məsləhəti, bəziləri isə öz bildiyi kimi qidalanmağa üstünlük verir.

“Təəssüflər olsun ki, pəhriz dedikdə bunun yalnız arıqlamaq, çəki atmaq üçün olduğunu düşünürlər. Diyetologiya yalnız arıqlamaqdan ibarət deyil. Burada hər bir xəstəliyə uyğun və hər kəsə fərdi qaydada pəhriz növləri nəzərdə tutulur. Xəstəliklər müəyyən edildikdən sonra ona uyğun pəhriz tətbiq olunmalıdır: Ürək xəstəliyi olanların, mədə-bağırsaq xəstəliyin olanların bir-birindən tam fərqli pəhrizləri var. Məsələn, böyrək xəstələrinə proteini az olan pəhrizlər məsləhət görülür. Ona görə bu fərdilik məsələsinə mütləq əməl olunmalıdır”.

Həddən artıq pəhriz saxlamaq müəyyən psixoloji problemlərə səbəb olur: “Düzgün qidalanmamaq, pəhriz qidalarından rejimsiz istifadə etmək depressiya, narahatlıq, yuxusuzluq və digər problemlərə səbəb olur. Belə halda onlar sosial cəhətdən də özlərində məhdudiyyətlər qoyurlar”.

Pəhriz saxlayarkən qida rasionunda karbohidratlar, yağlar və zülallar balanslaşdırılmış qaydada olmalıdır.