Dərin hüznlə bildiririk ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin məhsul əməkdaşı Namiq Qəribovun böyük qardaşı, 1979–1994-ci illərdə uzun müddət metropoliten sistemində vicdanla çalışmış, təqaüdçü Qəribov Elmxan vəfat etmişdir.
Ömrünün böyük bir hissəsini zəhmətə və halal əməyə həsr edən Elmxan müəllim son 4–5 ildə ağır ağciyər xəstəliyindən əziyyət çəkmiş, dəfələrlə müalicə alsa da, həyatla vidalaşmışdır.
O, ailəsi üçün fədakar ata, övladları üçün dayaqlı bir arxa, yaxınları üçün mərd və xeyirxah insan, el arasında hörmət qazanan ağsaqqal idi. Onun nurlu xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Mərhumun ailəsinə, dörd övladına, qardaşı Namiq Qəribova və bütün yaxınlarına DAMM-nin üzvləri adından dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayırıq. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!




