“Cəzaçəkmə müəssisələrində kitab aksiyalarının keçirilməsi təqdirəlayiqdir”


“Biz həbsxanalara həmişə kitab hədiyyə edirik”
Bunu “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu deyib. Ş.Xuduoğlu bildirib ki, bu cür aksiyalarda onlar təmənnasız olaraq kitab yardımı edirlər:
“Biz həmişə həbsxanalara kitablar göndəririk. Amma indi dəqiq ad çəkə bilmərəm. Keçirilən kitab aksiyalarında bizə müraciət olunduqda təmənnasız olaraq onlara kitab veririk. Elə dünən 6 saylı cəzaçəkmə müəssisəsində “məhkumlara kitab payı” adlı aksiyasına biz də kitab göndərdik. Qaldı ki, cəzaçəkmə müəssisələrində bu cür kitab aksiyalarının keçirilməsi təqdirəlayiqdir”.
Qeyd edək ki, 6 saylı cəzaçəkmə müəssisəsində “məhkumlara kitab payı” aksiyasında məhkumlara 500-dən çox kitab hədiyyə edilib.