Böyük Britaniyanın 400 milyon funt-sterlinq dəyərində olan yeni “Millsike” superhəbsxanasında sistem xarakterli problemlər yaranıb.
Müvafiq məlumatı “The Telegraph” nəşri dərc edib.
Bildirilir ki, 2025-ci ilin mart ayında istifadəyə verilmiş bu cəzaçəkmə müəssisəsi 1 500 məhkum üçün nəzərdə tutulub, lakin hazırda 350-yə yaxın hücrə boşdur.
Buna əsas səbəb kimi müəssisə rəhbərliyinin kadr ehtiyaclarını lazımi səviyyədə qarşılaya bilməməsi göstərilir.
Məqalədə qeyd olunur ki, mövcud problem sistemli bir hal alıb. Rəhbərlik yeni işçilər cəlb etməyə cəhd göstərsə də, kadrlar işə qəbul olunduqdan qısa müddət sonra vəzifələrini tərk edirlər.



