Beyni məhv edən xəstəlik tapıldı – Qısa zamanda öldürür

ABŞ-nin Missuri ştatında bir nəfər Ozarks gölündə üzdükdən sonra nadir və təhlükəli xəstəliyə yoluxub.

Xəstəliyə “Naegleria fowleri” adlı kiçik amöb səbəb olub.

Bu amöb nadir hallarda insana yoluxur, amma yoluxduqda beyini zədələyir və çox sürətli inkişaf edərək ölümə gətirə bilər. Yoluxmadan sonra simptomlar adətən baş ağrısı, yüksək hərarət və boyun sərtliyi kimi başlayır və bir neçə gün ərzində vəziyyət pisləşə bilər.

Bu amöb isti şirin sularda olur və yay aylarında daha çox rast gəlinir.