Bazarda rekord AZALMA – Neftimiz ucuzlaşdı

Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 11,06 ABŞ dolları və ya 9,6% ucuzlaşaraq 104,49 ABŞ dollarına enib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 10,5 dollar və ya 9,4% ucuzlaşaraq 101,33 ABŞ dolları təşkil edib.

“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 11,22 dollar və ya 13,3% azalaraq 73,20 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 17,01 dollar və ya 14,6% azalaraq 99,26 dollar/barel təşkil edib.