Bakı polisi koronavirusla mübarizənin ön cərgələrindədir – FOTO

0
279

Paytaxtda koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində fərdi və kollektiv gigiyena qaydalarına riayət olunması üçün qabaqlayıcı tədbirlər davam etdirilir.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.