Bəhreyn İraq və İrandakı vətəndaşlarını bu ölkələri dərhal tərk etməyə çağırdı

0
538

Bahreyn İraq və İranda olan vətəndaşlarına çağırış edib. ABŞ Dövlət Departamenti birneçə gün əvvəl, İran təhlükəsinə qarşı fövqəladə vəziyyətlərdə çalışan şəxslər istisna olmaqla, bütün hökumət işçilərinə dərhal İraqı tərk etmək əmri verib.

Almaniya və Hollandiya da hərbi təlim fəaliyyətlərini dayandırıblar, Böyük Britaniya isə İrandan gələ biləcək təhlükələrə qarşı İraqdakı hərbi və diplomatik işçilər üçün təhdid səviyyəsini artırıb.

Bu ölkələrdən sonra ərəb dünyasından da ilk çağırış Bəhreyndən gəlib. Bəhreyn Xarici İşlər Nazirliyi, vətəndaşlarına İran və İraqa səyahət etməmələrilə bağlı xəbərdarlıq edib. Bəhreyn İraq və İranda olan vətəndaşlarını bu ölkələri dərhal tərk etməyə çağırıb.