Azərbaycanlı zəvvarları daşıyan avtobus yandı

0
812

Azərbaycan zəvvarlarını daşıyan avtobus Ərdəbil əyalətində yanıb.

APA-nın məlumatına görə, hadisə ötən gün yerli vaxtla saat 17:00 radələrində Ərdəbil əyalətinin Sərçəm magistral yolunda 12-ci tuneldə baş verib.

Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə zəvvar aparan avtobusda yanğının başverməsi səbəbi açıqlanmayıb. Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Məcid Məhəmməd Qəribani bildirib ki, yanğın zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.