“Avropada ölüm doğumu üstələyir” – İlon Maskdan xəbərdarlıq 

İlon Mask Avropa İttifaqı (Aİ) ölkələrində demoqrafik böhrana diqqət çəkib və Qərb ölkələri əhalisinin nəsli kəsilməsi riskindən xəbərdarlıq edib.

Bu barədə Mask özünün “X” şəbəkəsindəki hesabında yazıb.

“Avropa İttifaqına daxil olan 27 dövlətdən 21-də ölüm göstəriciləri doğum səviyyəsindən daha yüksəkdir. Onlar (Qərb ölkələri) nəsli kəsilmə yolundadırlar”, – deyə Mask qeyd edib.

Bununla da o, BMT-nin dünyanın ən böyük iqtisadiyyatlarında, o cümlədən Böyük Britaniya, Koreya Respublikası, Fransa, Almaniya, ABŞ və Yaponiyada fertilliyə (reproduktiv məhsuldarlıq və ya doğum qabiliyyəti) dair 1950-ci ildən bəri doğum əmsalının davamlı azalmasını nümayiş etdirən statistikasına reaksiya verib.