Fransada Paris polisi Monparnas vağzalında əməliyyat keçirib.
Hüquq-mühafizə orqanları təcili olaraq bütün sərnişinləri təxliyə edib.
Əməliyyatın səbəbi isə bıçaqlı şəxs olub. Belə ki, bir şəxs Parisətrafı qəsəbələrdən birində həyat yoldaşını və uşaqlarını hədələyib, daha sonra Monparnas qatarına minib. Polis onu saxladıqda isə kişi intihar edəcəyini söyləyib. Polis əməkdaşlarına qarşı aqressiv davrandığı üçün ona qarşı silahdan istifadə edilib. Nəticədə həmin şəxs ayağından yaralanıb.
Ancaq hadisə şahidləri bir neçə atəş səsi eşitdiklərini bildirirlər. Atışmadan sonra sərnişinlər arasında çaxnaşma yaşandığı və insanlar kütləvi şəkildə çıxışa doğru qaçdıqları da qeyd edilir.




