Arıqlama çayları niyə bədəndə yağları yandırmır? – Mütəxəssis açıqladı

“Arıqlama çayları yağ toxumasını yandırmağa kömək etmir, onların təsiri isə əsasən müvəqqəti maye itkisi ilə əlaqəlidir”.

Bu barədə rusiyalı diyetoloq Olqa Yamilova “PrimaMedia” nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, bu cür içkilərin sidikqovucu və qarın işlədici təsiri yağ deyil, su itkisinə səbəb olur. Yağ yandırma effekti olduğu deyilən komponentlərin tərkibi isə bu cür çaylarda olduqca azdır.

Bu cür çayların müntəzəm qəbulu susuzluğa, elektrolit itkisinə və bağırsaq funksiyasının və mikrofloranın pozulmasına gətirib çıxara bilər.

Olqa Yamilova xəbərdarlıq edib ki, bu çayların həddindən artıq istifadəsi vitaminlərin udulması problemləri, disbakterioz, qəbizlik və hətta bağırsaq atrofiyası riski də yarada bilər.

Təhlükəsiz alternativlər kimi diyetoloq yaşıl, ağ və meyvə çaylarını, eləcə də çobanyastığı və ya nanə tərkibli bitki çaylarının adını çəkib. Eyni zamanda, bu cür içkiləri arıqlama vasitəsi kimi deyil, yalnız maye rejiminə əlavə kimi nəzərdəm keçirmək lazımdır.

Olqa Yamilovanın sözlərinə görə, şəkərsiz isti içkilər yalnız qida qəbulu arasında aclığı müvəqqəti olaraq yatıra bilər. /Oxu.az/