ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır

ABŞ və İran arasında vasitəçilər üzərindən aparılan dolayı danışıqlar yekun mərhələyə çatıb.

Bu barədə “Al-Hadath” telekanalı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vaşinqton və Tehran arasında vasitəçilər vasitəsilə davam edən təmaslar artıq son mərhələyə daxil olub.

Bildirilir ki, Hörmüz boğazı ilə bağlı razılaşma təsdiqləndikdən sonra tərəflər iyun ayında imzalanmış qarşılıqlı anlaşma memorandumuna qayıtmağı planlaşdırırlar.

Məlumata əsasən, İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftənin sonu və ya gələn həftənin əvvəlində Pakistana səfər edəcəyi də gözlənilir. Bu səfərin də danışıqlar prosesi ilə əlaqəli ola biləcəyi istisna edilmir.