ABŞ İrana qarşı sanksiyalar siyahısına Türkiyə bankını da əlavə edib

ABŞ Türkiyənin “Golden Global” bankını və onun törəmə şirkətlərini İrana qarşı sanksiyalar siyahısına əlavə edib.

Müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.

Maliyyə təşkilatının özü ilə yanaşı, Türkiyədə yerləşən iki bölməsinə də məhdudiyyətlər tətbiq edilib.

Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi ABŞ şəxslərinə 19 sentyabr tarixinə qədər Golden Global ilə əlaqəli maliyyə əməliyyatlarını dayandırmaq üçün zəruri olan əməliyyatları həyata keçirməyə icazə verən ümumi lisenziya verib.

Sanksiya siyahısına daxil edilmək ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıda olanlarla iş görməsinin qadağan edilməsi deməkdir.