ABŞ bu 5 ölkədə diplomatik nümayəndəliklərini bağlayır – Səbəb?

ABŞ Yaponiya və Kanada da daxil olmaqla, xaricdəki beş diplomatik nümayəndəliyini bağlamaq niyyətindədir.

Dövlət Departamenti Qrenada, Yaponiya, İndoneziya, Kamerun və Kanadadakı diplomatik nümayəndəliklərini bağlamağı planlaşdırır.

Nəşrin mənbələri iddia edir ki, nümayəndəliyin bağlanması hər hansı konkret geosiyasi hadisələrdən daha çox, əsasən işçilərin ixtisarları ilə bağlıdır.