Sabirabadda 2500 sakini olan kənddə həkim tapılmır? – VİDEO

0
301

Sabirabadın Narlıq kəndi rayon mərkəzindən 16 km məsafədə yerləşir. 

2500 nəfərdən çox əhalisi olan kəndin sakinləri deyir ki, problemləri xirtdəyə kimidir. Döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb.

Deyirlər ki, kənddə nə həkim var, nə də tibb məntəqəsi. Kənddə bir tibb məntəqəsinə oxşar tikili var ki, onu da sakinlər öz vəsaitləri hesabına inşa etdiklərini bildirirlər. Onun da qapıları bağlıdır. 
Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, həkim çatışmazlığı səbəbindən Narlıq kəndində tibb məntəqəsi fəaliyyət göstərmir. Yalnız müraciət olunduqda təcili tibbi yardım briqadaları kəndə gedir.

Ətraflı süjeti təqdim edirik: