Azad olunmuş ərazilərdə 20 mindən artıq ağac əkilib

0
305

Azad edilən ərazilərdə meşə zolaqlarının salınması prosesi davam etdiriləcək.

Bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə işlər davam etdirilir.

“Azad olunmuş ərazilərə böyük qayıdışın bir istiqaməti də həmin ərazilərdə ekologiyanın, ətraf mühitin sağlamlaşdırılması üçün atılan addımlardır. O ərazilər 30 il düşmən tapdağında qalıb, orada ekosit törədiblər. Biz həmin əraziləri bərpa etməklə dünyaya sübut edəcəyik ki, bu torpaqların sahibləri bizik. Biz bu il həmin ərazidə 20 mindən artıq ting əkdik, 3 tona yaxın müxtəlif cinsli ağacların toxumlarını səpdik,”- deyə nazir müavini bildirib.