İlin ən intizamsız futbolçuları SİYAHI

0
275

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası il ərzində ən çox qırmızı vərəqə alan oyunçuları müəyyənləşdirib.

Uruqvaylı Martin Qonzales il ərzində 5 dəfə meydandan qovulub. 27 yaşlı müdafiəçi öncə “Serro”da bir, ardınca “Rentistas”da dörd qırmızı vərəqə alıb.

İki oyunçu il ərzində 4 dəfə meydandan qovulub. Ekvadorlu Cerri Leon “Olmedo”da, polşalı Blaje Aqustin “Yagelloniya”da belə intizamsızlıq edib. O, ilk üç qırmızı vərəqəsini meydana çıxdığı ardıcıl üç matçda alıb.