Azərbaycanda son sutkada 511 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib – FOTO

0
262

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 511 yeni yoluxma faktı qeydə alınıb 1178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 098 nəfər müalicə olunaraq sağalıb, 8 297 nəfər vəfat edib, aktiv xəstə sayı 11 235 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 328, ötən müddət ərzində isə ümumilikdə 5 817 708 test aparılıb.