Azərbaycan çempionatında oynayan daha bir qapıçıya Qazaxıstandan təklif var

0
231

“Qarabağ”ın qapıçısı Emil Balayev yenidən Qazaxıstanda çıxış edə bilər.

Azərbaycan millisinin üzvü “Aktobe”nin transfer hədəfinə çevrilib.

27 yaşlı qolkiper “qırmızı-ağlar”dan təklif alıb və özü də Qazaxıstana dönməyə hazırdır. Ancaq 2019-cu ildə “Tobol” formasını geyinmiş Emili “Aktobe” çox gözləməyəcək. Klub digər namizədləri də nəzərdən keçirir. Buna səbəb “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin çiynindən zədə alaraq 2,5 aylıq sıradan çıxmasıdır.

Ağdam klubu riskə gedərək, yalnız gənc qapıçıların ümidinə qalmaq istəmir. Avropa Konfrans Liqasında pley-offa vəsiqə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hələ də Balayevin təcrübəsinə ehtiyac duyur. Ancaq istənilən halda qolkiperin “Aktobe”yə keçmək variantının üstündən xətt çəkmək olmaz. Aktobelilər vəziyyətin inkişafını izləyəcək və paralel olaraq digər qapıçılarla danışıqlar aparacaq.

Qeyd edək ki, Emil Balayevin “Qarabağ”la müqavilə müddəti cari mövsümün sonuna qədərdir. 

Xatırladaq ki, “Aktobe” “Sabah” klubundan ayrılmış serb qapıçı Saşa Stamenkoviçlə də danışıqlar aparır.