Çempionlar Liqasının qrup mərhələsində Messinin qolu ən yaxşı seçildi

UEFA Çempionlar Liqasının qrup mərhələsində vurulmuş ən yaxşı qolla bağlı səsvermənin nəticələrini açıqlayıb.

Səsverməyə əsasən, qrup mərhələsinin ən yaxşı qolunun müəllifi PSJ-də çıxış edən Lionel Messi olub. Onun “Mançester Siti”nin qapısı vurduğu qol digər namizədləri üstələyib.

İkinci yerə “Liverpul”un yarımmüdafiəçisi Tiaqo Alkantaranın “Portu”ya , üçüncü yerə isə “Bayern”in hücumçusu Robert Levandovskinin Kiyev “Dinamo”suna vurduğu qol layiq görülüb.