Koronavirus xəstələrinin süni tənəffüs aparatına qoşulması üçün…

0
306

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq xəstələrdə kəskin tənəffüs çatışmazlığı sürətlə inkişaf edir. Bır sıra xəstələrdə təngnəfəslik, yaxud tənəffüs çatışmazlığı müşahidə edilir. Həmin xəstələrə ilkin yadım kimi oksigen inqalyasiyası təyin edilir. Koronavirus xəstələrinin süni tənəffüs aparatına qoşulması üçün mütləq şəkildə xüsusi klinik və laborator göstəricilər olmalıdır. Vaxtında süni tənəffüs aparatına qoşulmayan xəstənin vəziyyəti ağırlaşa, hətta ölüm halı baş verə bilər.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, reanimatoloq İsrail Məhərrəmbəyli nazirliyin instaqram hesabında COVID-19 mövzusunda danışarkən deyib.

Həkim-mütəxəssis bildirib ki, yaxınları reanimasiyaya düşənlər narahatlıq keçirməsinlər: “Xəstələr reanimatoloqolar tərəfindən diqqətlə izlənilir və göstəriş olduğu halda gecikmədən süni tənəffüs aparatına qoşulurlar. Reanimasiyaya yerləşdirilən xəstələrin çoxunun huşu özündə olur. Hətta bəzən həkimlərin konsultasiyası pasiyentlərin yanında keçirilir. Reanimasiyada yatan bütün xəstələr həkim nəzarətindədirlər. Koronavirus xəstələrinə tövsiyə olunur ki, bununla bağlı narahatlıq keçirib qorxuya düşməsinlər”.