Son vaxtlar whatsapp, Facebook, Instagram səhifələrində pisliklərlə bağlı yazılar çoxluq təşkil edir. Bu pisliklərin yaxşılıqlardan çox olması anlamına gəlsə idi dünyanın sonu olduğunu düşünərdik.
Əslində isə gözəlliklərlə, yaxşılıqlarla dolu həyatımız davam edir.
Demək ki, pisliklər yaxşılıqlardan çox azdır. Amma təəssüf ki, bunu görənlər də azlıq təşkil edir.
Kədər, qəmlərimiz hər zaman keçərlidir, sevinclərimiz isə daim yaşayır.
Gəlin sevincləri yaşadan yaxşılıqlardan çox danışaq, yazaq, təbliğ edək.
Yaxşılıqlarla pisliklərin mübarizəsində əsas olan təbliğatı pisliklərə həsr etməyək.
Dünyamızda yalanlar, bədxahlar, təcavüzkarlar, vaxtsız ölümlər, iftiraya məruz qalanlar çox olsa da, həyatın gözəlliklərindən zövq alıb, xoşbəxt yaşayanları, xeyirxahlıqları, sevgiləri üstələmir.
Bədxah qonşularla mübarizədə şəhid olanların ağrı-acısı bizi Qələbə sevincindən məhrum eləmir.
Baş verən qanunsuzluqların qarşısı daim alınır. Yoxsul yaşayanların təminatı daim ödənilir.
Dövlət rəhbərimiz qanunsuzluqlara qarşı mübarizə üçün tədbirlərini əskik etmir.
Bu yaxşılıqları görməyənlər, pisliklər törədənlər də gec də olsa cəzasını alır.
Qocaların təminatı, cavanların gözəl işlərinin təbliğatı daim ölkə başçısının diqqət mərkəzindədir.
Amnistiyalarda onlarla insanın cəzasının azaldılması rəhbərin xeyirxahlığının ən böyük təcəssümüdür.
Demək ki, pisliklərdən çox yaxşılıqlardan danışmaq haqqımız var.
Şəhidlərimizin ruhunu şad etmək üçün isə buna borcluyuq.
Pislikləri deyil, yaxşılıqları təbliğ etmək üçün daha çox sevinclərimizdən danışaq.
Sənubər