Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi

0
244

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub. Bu ada İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Elif Elmas layiq görülüb.

O, İngiltərənin “Lester Siti” komandasına qarşı keçirdikləri oyunda (3:2) dubla imza atıb.
 
Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Dinamo”dan (Zaqreb, Xorvatiya) Mislav Orşiç, “Real Sosyedad”dan (İspaniya) Mikel Oyarzabal və Moskva “Spartak”ından (Rusiya) Aleksandr Selihov da namizəd idi.