Şprisin əvəzinə yeni icad

0
271

ABŞ-ın Stenford və Şimali Karolina Universitetinin (UNC) alimləri birgə iş nəticəsində iynə ehtiyacını aradan qaldıran 3D çaplı peyvənd yaması hazırladıqlarını açıqlayıblar.

Hazırlanan 3D çaplı peyvənd yamasını insanlar özləri də heç kimin köməyi olmadan istifadə edə biləcəklər.

Belə ki, sarğıya bənzəyən yamaq sayəsində şprisə artıq ehtiyac qalmır. Bunun üzərinə yerləşdirilən peyvənd yamaqdakı mikro iynələr sayəsində dəri altına keçə biləcək.