Azərbaycanda son sutkada COVID-19-a 1394 nəfər yoluxub, 20 nəfər vəfat edib – FOTO

0
242

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1394 yeni yoluxma faktı qeydə alınıb, 1791 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 564 577 nəfər müalicə olunaraq sağalıb, 7 967 nəfər vəfat edib, aktiv xəstə sayı 23 844 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 503, ötən müddət ərzində isə ümumilikdə 5 602 773 test aparılıb.