İran süni intellekt şirkətləri ilə bağlı xəbərdarlıq etdi

İranın birpalatalı parlamenti olan Məclisin sədri Məhəmməd Bağır Qalibaf region hökumətlərinə İslam Respublikasına qarşı hücumlarda iştirak edən süni intellekt (Sİ) və ya məlumatların emalı sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməmək barədə xəbərdar edib.

İran parlamentinin sədri müvafiq bəyanatı “X” sosial şəbəkəsindəki hesabında yayımlayıb.

Qalibaf paylaşımında “Fars körfəzinin Məlumat İdarəçiliyi”nin tezliklə yaradılacağını bəyan edib. Region ölkələrinin hökumətlərinə, fondlarına və şirkətlərinə müraciət edib. “İşğallara və uşaqların öldürülməsinə” yardım edən heç bir süni intellekt və ya məlumatların emalı şirkətinə resurs ayrılmamasını tövsiyə edib.

Məclis sədri həmin şirkətlərə hər hansı dəstək göstəriləcəyi təqdirdə cavab tədbirləri görüləcəyi ilə hədələyib.