Elmar Məmmədyarov üzə çıxdı – FOTO

0
282

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədən çıxarıldıqdan sonra ilk dəfə görünüb.

O, bu gün üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib.

Onun nisbətən arıqladığı və qalstuk taxmadığı diqqətdən qaçmayıb.

Qeyd edək ki, 16 il Azərbaycanın xarici işlər naziri olmuş Elmar Məmmədyarov ötən ilin iyulun 16-da ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə işdən azad edilib.

Xatırladaq ki, Elmar Məmmədyarovun namizədliyi Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən irəli sürülüb və 2016-cı ilin martın 11-dən AFFA İcraiyyə Komitəsinin üzvü seçilib.