Ermənistanda yeni məhdudiyyətlər tətbiq ediləcək

0
306

Ermənistanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yanvarın 1-dən yeni qaydalar müəyyən olunub.

Yeni ildən ölkədə koronavirusa qarşı peyvənd olunmayanlar üçün yeni məhdudiyyətlər tətbiq olunacaq.

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan keçirdiyi mətbuat konfransında deyib ki, peyvənd olunmayan vətəndaşlar mədəniyyət və ictimai iaşə müəssisələrinə girişdə PCR testinin mənfi nəticəsinə dair sənəd, peyvənd olunanlar isə müvafiq sertifikat təqdim edəcəklər.

Bu tələblər dövlət poçt operatoru “Haypost” QSC-nin şöbələrinə də şamil olunacaq.

Qeyd edək ki, Ermənistanda koronavirusa təsdiqlənmiş yoluxma halları 338 min 120-yə çatıb