Pekin Aeronavtika və Astronavtika Universitetinin alimləri müəyyən ediblər ki, ən radioaktiv meyvə banandır. Tərkibindəki kalium-40 sayəsində bu məhsul az miqdarda ionlaşdırıcı şüa yayır. Ekspertlər bu barədə “WeChat” da yayımlanan məqalədə danışıblar.
Alimlərin sözlərinə görə, kaliumun özünün radiasiya ilə heç bir əlaqəsi yoxdur və insan orqanizmi üçün vacibdir. Bununla belə, kalium-40 ionlaşdırıcı şüalanmanın ən böyük təbii mənbəyi olan kimyəvi elementin radioaktiv izotopudur. Amma banan tərkibindəki bu maddənin minimum miqdarına görə insan orqanizmi üçün təhlükəli deyil.
Alimlər bildirib: “Bananın tərkibindəki kalium-40 xərçəngə səbəb ola biləcək radiasiya miqdarı ilə müqayisədə toz hissəciyi kimidir”.
Bir qayda olaraq, banan yeyərkən insan təxminən 0,0778 mikrosievert (radioaktiv dozanın hesablanmış vahidi) alır. Döş qəfəsinin kompüter tomoqrafiyası isə bu meyvənin 70 mininə bərabərdir. Eyni zamanda 1 atom elektrik stansiyasının ətraf mühitə maksimum icazə verilən radiasiya təsiri ildə təxminən 2,5 min banana, radiasiyanın öldürücü dozası isə təxminən 35 milyon banana çatır.