İş axtaran qazilərin NƏZƏRİNƏ

0
331

“Məşğulluq marafonu” çərçivəsində qazilər üçün işlər nəzərdə tutulub.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin komitələrinin birgə iclasında deyib.

O bildirib ki, həmin marafon çərçivəsində qazilər üçün 3 000 vakansiya var.

Nazir qeyd edib ki, bəzən ixtisaslı kadr tapmaq problemə çevrilir.

Qeyd edək ki, “Məşğulluq marafonu”na Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə start verilib.

Dövlət Məşğulluq Agentliyi işəgötürənləri bu sosial məsuliyyət kampaniyasında fəal iştirak etməyə çağırır.