Tbilisidə Qarabağ xalçalarından ibarət sərgi – Fotolar

0
286
Tbilisidə Qarabağ xalçalarından ibarət sərgi

Gürcüstanın Milli Parlament Kitabxanasının zalında 8 Noyabr – Zəfər Günü münasibətilə Qarabağ xalçalarından ibarət sərgi təşkil olunub.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbənin – Zəfər Gününün ildönümünə həsr olunan sərgidə şəxsi kolleksiyalarda saxlanılan, Qarabağın müxtəlif bölgələrinin mədəniyyətini, əsrarəngiz təbiətini əks etdirən 20-dən artıq xalça nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan sərginin açılışında komitənin əməkdaşları, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, gürcü və azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk olaraq Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nəriman Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifi olduğu “ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabını təqdim edib.