Dünya çempionatında beş samboçu Azərbaycanı təmsil edəcək – ADLAR

0
340

12-14 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə kişi və qadınlar arasında idman və döyüş sambosu üzrə dünya çempionatı keçiriləcək.

“Özbəkistan” İdman Kompleksində keçiriləcək yarışda Azərbaycan beş idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Vahid Tarverdiyevin rəhbərliyi altında Eyvaz Baxşıyev (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kamran Əsgərov (71 kq), Abdulla Abdullayev (79 kq) və Ceyhun Hüseynov (88 kq) medallar uğrunda mübarizə aparacaq.

Komanda sabah Mərkəzi Asiya ölkəsinə yola düşəcək və noyabrın 15-də Vətənə qayıdacaq.

Qeyd edək ki, noyabrın 11-də Beynəlxalq Sambo Federasiyasının XXXIII Konqresi baş tutacaq. Orada Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da iştirak edəcək.