Hamiləliyə və doğuma görə müavinətlər üçün vəsait 24,7 faiz artırılır

Gələn il hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə
50,0 mln. manat vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.
Bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.
Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 9,9 mln. manat və ya 24,7%, 2020-ci ilin icra göstəricisindən isə 14,2 mln. manat və ya 39,7% çoxdur.
Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.