44 günlük Zəfər yolunun 43-cü gününün xronikası – VİDEO

0
332

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsinin 43-cü gününün xronikasını təqdim edirik.

– Şuşa şəhəri işğaldan azad edilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu münasibətlə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

– Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edərək onu Şuşa şəhərinin işğalçılardan azad olunması münasibətilə təbrik edib.

– Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib.

– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib.

– Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, dörd ədəd T-72 tankı, iki ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili sıradan çıxarılıb.

– Xalqımız Şuşanın azad olunmasını böyük coşqu ilə qeyd etdi.

– Cəbhənin Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib. Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

– Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır. Bu istiqamətdə Ermənistan silahlı qüvvələri ciddi itkilər verir.

– Şəhidlər xiyabanı, 8 noyabr 2020-ci il.

– İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisindəki sərhəd zastavalarında dövlət bayrağımız ucaldılıb.

Daha ətraflı Baku TV-nin 8 noyabr xronikasını təqdim edirik: