ABŞ prezidenti Co Baydenin təşəbbüsüylə növbəti koronavirus sammiti çağırıla bilər.
Bunu dövlət başçısının təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib.
O bildirib ki, prezident 2022-ci ilin əvvəllərində COVID sammiti təşkil etmək niyyətindədir.
Müşavir həmçinin, vaksinasiyanın əhəmiyyətini vurğulayıb və onu pandemiyaya qarşı mühüm mübarizə vasitəsi adlandırıb.