Müasir İncəsənət Muzeyi bir sıra mətbuat orqanlarında Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib.
Müasir İncəsənət Muzeyinin direktoru Rövlan Əliyev bildirib ki, Xəyyam Abdinov uzun müddətdir Muzeydə çalışmır və o, direktor vəzifəsindən azad olunub.
“Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Muasir İncəsənət Muzeyi ilə hər hansı bir əlaqəsi yoxdur” – deyə, Rövlan Əliyev bildirib.