“4.4 qısa tamaşalar festivalı” başlayır – FOTO

0
323

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) başlayır. Açılışı noyabrın 1-də Akademik Musiqili Teatrında baş tutacaq Festival noyabrın 5-dək davam edəcək. 

Zəfər bayramı ərəfəsində keçirilən “4.4 Qısa Tamaşalar Festivalı”nın adı xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfəri və bu qələbənin təməlinin qoyulduğu Aprel döyüşlərini simvolizə edir. Bu zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsinə ithaf edilən Festival müharibə mövzusuna həsr olunub. 

Teatr ictimaiyyətinin geniş marağına səbəb olan Festivalın proqramına Bakı ilə yanaşı, ölkəmizin 8 şəhərində fəaliyyət göstərən 11 dövlət, 6 özəl teatr, 5 müstəqil sənətçi tərəfindən təqdim olunmuş 22 tamaşa daxil edilib. Xronometrajı 15 dəqiqədən çox olmayan qısa tamaşaların videoformatda nümayişindən sonra hər gün peşəkar münsiflərin və yaradıcı heyətin iştirakı ilə müzakirələr təşkil olunacaq. Jürinin tərkibinə İsrafil İsrafilov, Aydın Talıbzadə, Mehriban Ələkbərzadə, Əli Əmirli və Pərviz Məmmədrzayev daxildir. 

Festival çərçivəsində həmçinin, tanınmış teatr mütəxəssislərinin iştirakı ilə “Bədən dili” (2 noyabr, saat 14.30) və “Pyes necə yazmalıdır?” (4 noyabr, saat 14.30) mövzularında vörkşop, “Müharibə və teatr” mövzusunda panel-müzakirə (3 noyabr, saat 14.30) keçiriləcək. 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin tərəfdaşlığı ilə gerçəkləşən festivalın mükafatlandırma və bağlanış mərasimi noyabrın 5-də saat 19.00-da teatrın böyük səhnəsində baş tutacaq. 

“4.4 Qısa Tamaşalar Festivalı”nda münsiflər heyətinin qərarı ilə ilk 3 yerə layiq görülmüş tamaşalara müvafiq olaraq, 1500, 1000, 750 manat həcmində pul mükafatları və diplomlar, birinci yerin qalibinə “Dəfnə” mükafatı təqdim ediləcək.

Festival tamaşalarının nümayişi hər gün saat 11:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kiçik səhnəsində başlayacaq və tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi pandemiya qaydalarına uyğun olaraq zala buraxılacaq.

Təşkilat komitəsindən verilən məlumata görə, ölkəmizdə ilk dəfə təşkil edilən “4.4 Qısa Tamaşalar Festivalı”nın hər il ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur. 

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az

Məqaləyə dair fotomateriallar: