Qaribaşvili: Saakaşvilini ona görə buraxmırıq ki…

0
309

Gürcüstan hakimiyyəti qarşıdurmadan qaçmaq üçün aclıq aksiyası keçirən eks-prezident Mixail Saakaşvilini özəl klinikaya göndərməkdən imtina edir.

Bu sözləri Gürcüstan Baş naziri İraklı Qaribaşvili deyib.

“Onun (Saakaşvili – red.) planına görə, biz onu özəl klinikaya yerləşdirməliyik. Məlumdur ki, özəl klinikalarda heç bir təhlükəsizlik tədbiri yoxdur. Hazırda koronavirus pandemiyası hökm sürür. Orada xeyli ziyarətçi, pasiyent var. Bundan əlavə, onların (Saakaşvili tərəfdarları – red.) planı 4-5 min, yaxud 10 min insanı bir yerə toplamaqdır. Belə olan halda, biz polis yerləşdirməli, xüsusi vasitələr tətbiq etməli və əbədi xaos-iğtişaşlar içində qalmağı olacağıq”, – deyə Qaribaşvili bildirib.

Qeyd edək ki, aclıq aksiyası keçirən gürcü siyasətçi əvvəlcə tibbi yardımdan imtina etsə də, sonradan həkimlərin müayinəsinə icazə verib.